Tez-tez verilən suallar
Platformanın necə işlədiyi barədə ən çox soruşulanlar.
Platformadan istifadə pulludurmu?
Xeyr. Məsələ bankı tam pulsuzdur və məsələləri oxumaq üçün qeydiyyat tələb olunmur. Qeydiyyat yalnız həll göndərmək və onları profilində saxlamaq üçün lazımdır.
Həllimi necə göndərə bilərəm?
Məsələ səhifəsinin aşağısındakı paneldən. Həllini mətn kimi yaza, vərəqinin şəklini yükləyə və ya hər ikisini edə bilərsən. Bir həllə 8 şəkilə qədər əlavə etmək olar.
Həllim qiymətləndiriləcəkmi?
Hazırda yox. Göndərdiyin həllər profilində saxlanılır. Münsif qiymətləndirməsi (IMO stilində 0–7 bal) növbəti mərhələdə əlavə olunacaq.
Həllimi sonradan dəyişə bilərəmmi?
Bəli. Son tarix olmadığı üçün həllini istənilən vaxt yeniləyə bilərsən — mətni dəyişmək, şəkil əlavə etmək və ya silmək mümkündür.
AI köməkçi niyə cavabı demir?
Bu, qəsdən belədir. Hazır həll oxumaq növbəti məsələdə kömək etmir. Köməkçi yönləndirici sual verir və səhv addımını özün tapmağa kömək edir.
Müəllim kimi necə qoşula bilərəm?
Qeydiyyat zamanı «Müəllim» seçin. Hesabınızı admin yoxlayıb təsdiqləyəndən sonra məsələ əlavə edə biləcəksiniz. Yazdığınız hər məsələ də dərc olunmazdan əvvəl təsdiqlənir.
Sayt hansı dillərdədir?
Azərbaycan və İngilis dilində. Dili dəyişəndə yalnız düymələr yox, məsələlərin mətni də dəyişir — hər məsələ hər iki dildə saxlanılır.
Düsturları necə yazım?
LaTeX dəstəklənir. Sətir içində $x^2+y^2=z^2$, ayrıca sətirdə isə $$a_1 + a_2 + \dots + a_n$$ kimi yazın — yazarkən altda düsturun görünüşü açılır. Düstur işlətmək məcburi deyil, adi mətn olduğu kimi qalır. Çertyoj üçün şəkil əlavə edin.